Bitcoin rekord qırdı: Məzənnə 111 min dolları aşdı

22 May 2025 17:53

"Bitcoin" kriptovalyutası tarixində ilk dəfə olaraq 111 min dolları keçib və bu, onun ən yüksək qiyməti olub.

Milli.Az xəbər verir ki, bu məlumatı "Binance" platforması yayıb.

Son dövrlərdə "Bitcoin"in qiymətindəki sürətli artış kripto bazarına olan marağın və investor sayının artdığını göstərir. Bu yüksəliş həmçinin "Bitcoin"in bazar kapitalizasiyasının əhəmiyyətli dərəcədə böyüməsinə səbəb olub.

Kriptovalyutaya olan maraq yalnız fərdi sərmayədarlarla məhdudlaşmır, eyni zamanda böyük maliyyə institutları və şirkətlər də "Bitcoin"ə investisiya qoymağa başlayıb. Bu vəziyyət gələcəkdə onun qiymətinin daha da artmasına səbəb ola bilər. 

Asya
Milli.Az