BYD-nin lüks markası "Yangvang" tərəfindən hazırlanmış "Yangvang U8" fövqəladə hallarda "Üzmə Rejimi" ilə 30 dəqiqə ərzində saatda 3 km sürətlə su üzərində hərəkət edə bilir.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çinin avtomobil nəhəngi BYD-nin premium markası olan "Yangvang U8" modeli ilə diqqət çəkir. Bu yüksək texnologiyalı SUV sel və ya su basqını kimi fövqəladə hallarda avtomatik olaraq "Üzmə Rejimi"nə keçə bilir. Avtomobil suya girdikdə mühərriki avtomatik olaraq söndürür, asqını yüksəldir, şüşələri bağlayır və sərnişinlərin əlavə təxliyə yolu kimi istifadə edə bilməsi üçün "lyuk"u açır.
"Yangvang U8"in bu unikal funksiyası yalnız təhlükəsizlik məqsədləri üçün nəzərdə tutulub. İstehsalçı BYD avtomobilinin əyləncə məqsədilə su üzərində istifadə edilməsini tövsiyə etmir.
Təxminən 149.000 ABŞ dolları başlanğıc qiyməti ilə satışa çıxarılan "Yangvang U8" hazırda yalnız Çin bazarında mövcuddur.
Hüseyn
Milli.Az