Xəbər verdiyimiz kimi, ötən gecə UEFA Avropa Liqasının qalibi müəyyənləşib.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Tottenhem"in xoşbəxt sonluğa çatdığı qarşılaşma sonrası mükafatlandırma mərasimində biabırçı hal yaşanıb.
Belə ki, futbolçuların bəzilərinə medal çatmayıb.
London klubunun kapitanı Xın-Min Son, Rodriqo Bentankur və Kristian Romero medal üzünə həsrət qalıblar.
UEFA prezidenti Aleksandr Çeferin medalları futboçuların boynundan asarkən sona qalan oyunçulara medal çatmadığını görüb. Buna təəccüblənən Çeferin sadəcə onların əlini sıxaraq kifayətlənib.
Hüseyn
Milli.Az