İranın Sistan və Bəlucistan vilayətinin İranşəhr şəhərində oğurlanan din xadimi Rza Səmədinin qaçırılma anının görüntüləri yayılıb.
Milli.Az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verir.
Bildirilir ki, görüntülər şəhərdəki dini-elmi məktəbin kameraları ilə qeydə alınıb. Kadrlarda dörd silahlı şəxsin mollanı tutaraq zorla avtomobilə mindirib aparmaları əks olunub.
Hadisə bazar ertəsi səhər saatlarında baş verib. R.Səmədidən bu günə kimi xəbər yoxdur.
Milli.Az