Şeyxin səlahiyyətləri AZALDILDI

22 May 2025 12:02

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Əsasnaməsində dəyişiklik edilib.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, bununla bağlı QMİ sədri, şeyxülislam Allahşükür Paşazadə Qazılar Şurasının bugünkü geniş iclasında bildirib.

O qeyd edib ki, dəyişiklik dini ibadət yerlərinə din xadimlərinin təyin olunması səlahiyyətinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə verilməsi ilə əlaqədardır. İndiyə kimi bu səlahiyyət QMİ-də idi.

Milli.Az