"Heç biri atamın yasına gəlmədi, təkcə Xatirə, Yeganə vardı"

22 May 2025 11:38

Mərhum tanınmış təşkilatçı və prodüser Nahid Emiloğlunun övladı efrilərin birində qonaq olub.

Milli.Az xəbər verir ki, təşkilatçının oğlu atasının yas mərasiminə gəlməyən şou nümayəndələrindən danışıb.

O, yerli məşhurlardan ailəsini çətin günlərində yalnız buraxmayanların Xatirə İslam və Yeganə Mürsəlova olduğunu bildirib:

"Həmin vaxt onun Türkiyədəki dostlarından çox yardım gördük. Ulqar Ataş vardı. Tarkanın menecerlərindən olmuşdu. Bizə çox yardımı olmuşdu. Yerli şou-biznesdən isə 0. Təkcə Xatirə İslam və Yeganə Mürsəlova gəlmişdi. Atamı Kürdəmirdə dəfn etmişdik. Müğənnilərin xəbəri vardı. Başsağlı verməyənlər, məclisdə iştirak etməyənlər oldu. O vaxt 14-15 yaşım vardı. Bu mövzulara tam hakim deyildim. Yaşa gəlib dərk etdikcə, görürəm ki, məsələlər nə yerdədir. Kimlərə edilən yaxşılığın qarşılığı olmayıb, gördük. Qarşılıq deyəndə, sadəcə bir başsağlığı kifayət edərdi. Atamın fəaliyyətini davam etdircəyimi düşünmürəm, ancaq ola bilər. Sağlığında yolunu davam etdirməmi istəmədi. Başqa sahədə olmağımı məsləhət bildi. Türkiyədən əlaqə saxlayıb, təşkilatçılıq etməyimi istəyənlər oldu".

Qeyd edək ki, N. Emiloğlu uzun müddət xəstəlikdən əziyyət çəkib. O, bir çox xarici müğənnilərin Azərbaycanda konsertlərini təşkil etmişdir.

Hüseyn
Milli.Az