Hollivud ulduzu 86 yaşında vəfat etdi - FOTO

22 May 2025 11:09

Ömrünün 60 ildən çoxunu Hollivuda həsr edən aktyor Maykl Alaimo 86 yaşında vəfat edib.

Milli.Az dailymail-ə istinadla xəbər verir ki, teatr sahəsində də təcrübəsi olan Alaimonun mayın 2-də Kaliforniyada vəfat edib. Onun ölümünü qızı təsdiqləyib.

Alaimo "Space Jam" (1996) və "China Syndrome" (1979) kimi filmlərdə, eləcə də çoxsaylı məşhur seriallarda rol alıb. O, 1985-ci ilin fevralında yayımlanan "Cheers" komediya serialının seriyalarının birində Vinni Klausen obrazını canlandırıb. Həmin bölüm "2 Good 2 Be 4 Real" adlanır və dördüncü mövsümün dördüncü seriyası idi.

Qeyd edək ki, bu həftə eyni serialın əsas simalarından biri olan Corc Vendt də 76 yaşında dünyasını dəyişmişdi.

İsmayıl
Milli.Az