Bayden bu tarixədək ölə bilər - Həkim AÇIQLADI

22 May 2025 20:17

Prostat xərçəngi diaqnozu qoyulan ABŞ-nin keçmiş prezidenti Co Baydenin tezliklə ölə biləcəyi bildirilib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, onun ömrünün sonuna 12-18 ay qala biləcəyi iddia olunub.

Bu barədə Ağ Evin keçmiş həkimi, respublikaçı konqresmen Ronni Cekson "The Washington Free Beacon"a müsahibəsində danışıb.

"Baydenin gözlənildiyindən daha uzun yaşayacağına ümid edirəm. İxtisasım olmasa da, bu haqda uroloqlarla danışmışam. Sağ qalması 12-18 ay çəkə bilər. Prostat vəzi xərçəngi kimyaterapiya ilə bağlı kənar simptomlar olmadan müalicə edilə bilər".
 

Musa
Milli.Az