ABŞ Azərbaycanla Ermənistan arasında sülh üçün səy göstərəcək - Marko Rubio

21 May 2025 22:07

ABŞ-nin əsas diqqəti Azərbaycan və Ermənistan arasında sülhün təmin olunmasına çalışmaqdır.

Milli.Az-ın məlumatına görə, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi vəzifəsini icra edən dövlət katibi Marko Rubio Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin dinləmələri zamanı deyib.

O qeyd edib ki, Azərbaycanla Ermənistan arasında yenidən silahlı münaqişə riski qalmaqdadır və ABŞ bunun qarşısını almaq üçün səylər göstərir.

"Orada əsl münaqişə riski var və biz bunun qarşısını almağa çalışırıq", - deyə o bildirib.

Milli.Az