12 min manat verib avtomobil alan şəxs həm pulundan, həm də nəqliyyat vasitəsindən olub.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, belə bir dələduzluqla Abşeron rayon Qobu qəsəbə sakini Əşrəf Ağaəliyev üzləşib. Zərərçəkmiş iddia edir ki, ötən ilin avqust ayında avtomobil satışı ilə məşğul olan ofislərdən birindən 12 min manat ödəniş edib "tayota-prius" markalı avtomobil alıb.
Adıçəkilən şəxslər Əşrəf Ağaəliyevlə birlikdə avtomobili tanıdıqları servisə aparıblar ki, təmir etdirsinlər. Ustanın vaxtı olmadığından avtomobili orada qoyub gediblər.
Əşrəf Ağaəliyev aldadılqığını anladıqdan sonra Abşeron rayon polis idarəsinə müraciət edib. Onun sözlərinə görə, polisin işə qarışması ilə həmin şəxslər 12 min manatdan 3 min manatı qaytarıblar. Digər məbləği də hiss ilə qaytaracaqlarına söz veriblər.
Zərərçəkmiş onu da bildirdi ki, onu aldadan şəxslər ölkədən qaçıblar. İndi həmin ofisin yerində başqa bir ofis fəaliyyət göstərir.
Daxili İşlər Nazirliyinin əməkdaşı Elburus İbrahimov ''Xəzər Xəbər''ə bildirdi ki, vətəndaş Əşrəf Ağaəliyev şikayəti üzrə polis orqanına dəvət edilib. Araşdırmalarla məsələnin mülki xarakterli olması müəyyən edildiyindən məhkəməyə müraciət etməsi tövsiyə olunub.
Videomaterialı təqdim edirik.
Milli.Az