Avropa İttifaqı bu ölkəyə qarşı sanksiyaları ləğv etdi

21 May 2025 18:16

Avropa İttifaqı Suriyaya qarşı sanksiyaları ləğv edib.

Milli.Az xəbər verir ki, Avropa İttifaqı Suriyaya qarşı 14 ildir tətbiq edilən iqtisadi sanksiyaları tamamilə ləğv edib. Bu barədə Aİ-nin Xarici İşlər üzrə Ali Nümayəndəsi Kaya Kallas Brüsseldə keçirilən Aİ Şurasının iclasından sonra məlumat verib.

"Suriyalılara inklüziv və sülhsevər bir gələcək qurmaqda dəstək olmaq istəyirik", - deyə Kallas bildirib.

Suriyanın xarici işlər naziri Əsəd Həsən əl-Şibani Aİ-yə təşəkkür edərək bu qərarın ölkədə sabitlik və rifaha töhfə verəcəyini vurğulayıb.

Asya
Milli.Az