Britaniyalı gənclərin yarısı internetsiz həyat istəyir

21 May 2025 23:47

Britaniyalı gənclərin yarısı internetsiz həyat istəyir.

Milli.Az xəbər verir ki, "The Guardian"ın yaydığı araşdırmaya görə, 16-21 yaş arası britaniyalıların 46%-i gəncliklərini internetsiz keçirməyə üstünlük verərdi. Sosioloqların apardığı sorğuda iştirak edənlərin 70%-i sosial şəbəkələrdən istifadə etdikdən sonra özlərini pis hiss etdiklərini bildirib.

Respondentlərin yarısı axşam saatlarında internetə çıxışın məhdudlaşdırılmasını - yəni "rəqəmsal komendant saatı"nı dəstəkləyir. Gənclərin 25%-i gündə dörd saatdan çox onlayn olur, 42%-i valideynlərinə internet fəaliyyəti barədə yalan danışır, 27%-i isə özlərini sosial şəbəkədə fərqli insan kimi təqdim etdiklərini etiraf edib.

Asya
Milli.Az