Bakıda parklanma ilə bağlı vacib yenilik

21 May 2025 22:54

Ödənişli parklanma yerlərindən istifadənin əlçatanlığını təmin etmək məqsədilə parklanma məntəqələri vahid nömrə ilə qeyd edilir. 

Bu barədə Milli.Az-a AYNA-dan məlumat verilib. 

Müvafiq kəsişmələr çərçivəsində bir küçənin eyni məntəqə altında birləşdirilməsi təcrübəsi hazırda paytaxtın parklanma məntəqələrində geniş istifadə olunur. 

Görülən işlər çərçivəsində məntəqələrin sayı 2400-dən 690-a endirilib. Bununla da sürücülər parklanma məntəqəsinin nömrəsini daha rahat tapa bilirlər.

Asya
Milli.Az