Telefonu belə tutanlara ciddi xəbərdarlıq - Xəstəlik yaradır

22 May 2025 01:01

Son illərdə "smartphone pinky" və ya "phone finger" kimi terminlər xüsusilə gənclər arasında yayılıb.

Milli.Az xəbər verir ki, bu, smartfonu uzun müddət kiçik barmaqla dəstəkləməkdən yaranan ağrı, əyilmə və çökəkliklə xarakterizə olunur.

Həkimlər bu halın "trigger finger" və ya "karpal tunel sindromu" kimi ciddi problemlərin başlanğıcı ola biləcəyini bildirirlər. Hindistan və Səudiyyə Ərəbistanında aparılan araşdırmalar da bu problemin yayğın olduğunu göstərir.

Bu fenomen "text neck", barmaqda kilidlənmə, uyuşma və zəiflik kimi digər pozğunluqlarla da əlaqələndirilir.

Mütəxəssislər telefonu hər iki əllə tutmağı, kiçik barmağa düşən yükü azaltmağı, aksesuar istifadə etməyi və fasilələrlə barmaqları istirahət etdirməyi tövsiyə edirlər. Sadə məşqlər də əllərin sağlam qalmasına kömək edir.

"Smartphone pinky" texnologiyadan düzgün istifadə etməyin vacibliyini bir daha xatırladır.

Fidan
Milli.Az