Rafail Quliyev nazir təyin edildi

21 May 2025 10:33

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədr müavini Rafail Quliyev Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri təyin olunub.

Milli.Az verir ki, bununla bağlı Naxçıvanın Ali Məclis sədrinin I müavini Bəxtiyar Məmmədov sərəncam imzalayıb.

Xatırladaq ki, indiyə qədər sözügedən vəzifəni müvəqqəti olaraq Xəyalə Dadaşova icra edib. O, Naxçıvan kənd təsərrüfatı nazirinin müavinidir. (manset.az)

Milli.Az