ABŞ Prezidenti Donald Tramp və komandası, onun adı ilə əlaqəli kriptovalyuta layihəsi sayəsində əhəmiyyətli maliyyə nəticələri əldə ediblər.
Milli.Az "Newsmax" telekanalına istinadən xəbər verir ki, $TRUMP tokeninin ticarət komissiyalarından əldə edilən ümumi gəlir, istifadəyə verildiyi yanvar ayından bəri 324.5 milyon dolları keçib.
Ən maraqlısı isə odur ki, yalnız son iki gündə layihə 900 min dollara yaxın gəlir əldə edib. Trampın kriptovalyutasının bazar dəyəri rekord səviyyəyə çataraq 2.7 milyard dollara yüksəlib.
Elan edilən xüsusi proqramda isə ən çox $TRUMP tokeninə sahib olan 200 investor, prezidentlə şam yeməyinə eksklüziv dəvət alacaq. Üstəlik, ən yaxşı 25 investor üçün Trampla VIP görüş və Ağ Evə şəxsi tur kimi imtiyazlar da təqdim olunacaq.
Kənan
Milli.Az