Tanınmış iş adamı vəfat etdi

21 May 2025 09:37

Füzuli və Beyləqan rayonlarında fəaliyyət göstərən tanınmış iş adamı Süleyman İsmayılov dünyasını dəyişib.

Milli.Az xəbər verir ki, sahibkar xəstəlik səbəbindən vəfat edib.

Qeyd edək ki, S. İsmayılov Füzulidə və ətraf rayonlarda çoxsaylı fermer təsərrüfatlarına, un dəyirmanına, çörəkbişirmə zavodlarına sahib olub.

Onun oğlu - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan rayon şöbəsinin sabiq rəisi Anar İsmayılov 2013-cü ildə yarım milyonluq korrupsiya ittihamı ilə işdən çıxarılaraq həbs edilmişdi.  /"Qafqazinfo"

Milli.Az