İstanbulda zəlzələ oldu

21 May 2025 00:42

İstanbulda 4.2 bal gücündə zəlzələ baş verib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, zəlzələ yerli vaxtla 00:36-da qeydə alınıb.

Yeraltı təkanlar şəhər sakinləri tərəfindən aydın şəkildə hiss olunub.

Zəlzələ nəticəsində dağıntı və ya xəsarət alanlar barədə heç bir məlumat verilməyib.

Lalə Qüdrətova
Milli.Az