Səudiyyə Ərəbistanının Baş naziri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

20 May 2025 15:11

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir:

"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

Ölkənizin Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Sizə möhkəm cansağlığı və səadət, qardaş Azərbaycan xalqına daha sürətli inkişaf arzulayıram".

Milli.Az