Malavi Respublikasının Prezidenti Lazarus Makkarti Çakvera Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri.
Milli bayramınız - 28 May - Müstəqillik Günü münasibətilə Sizi və Azərbaycan xalqını Malavi hökuməti, xalqı adından və öz adımdan təbrik etməkdən məmnunluğumu bildirirəm.
Fürsətdən istifadə edərək, ölkələrimiz arasında mövcud olan dostluq və əməkdaşlıq əlaqələrinin xalqlarımızın rifahı naminə qarşıdakı illərdə də möhkəmlənəcəyinə ümidimi ifadə edirəm.
Zati-aliləri, Sizə cansağlığı, Azərbaycan xalqına firavanlıq və rifah arzularımı qəbul etməyinizi xahiş edirəm".
Milli.Az