Fatma Mahmudovanın başına iş gəldi: xəsarət alıb

20 May 2025 14:15

Bir müddət əvvəl insult keçirən Xalq artisti Fatma Mahmudova xəsarət alıb.

Milli.Az xəbər verir ki, aktrisanın bu dəfə qolu sınıb. F.Mahmudova xəbəri təsdiqləyib. 

O bildirib ki, hazırda "İstanbul NS" klinikasında müalicə alır. 

Qeyd edək ki, F.Mahmudova bundan əvvəl bir neçə dəfə beyin insultu keçirtdiyini açıqlamışdı. /Axşam.az

Musa
Milli.Az