17 yaşlı futbolçu Messinin formasını geyinəcək - FOTO

20 May 2025 15:18

"Barselona"nın gənc hücumçusu Lamin Yamal forma nömrəsini dəyişmək qərarına gəlib.

Milli.Az xəbər verir ki, 17 yaşlı futbolçu 2025/2026 mövsümündə katalon klubunun əfsanəvi 10 nömrəli formasını geyinəcək. Bu nömrə daha əvvəl Lionel Messi, Ronaldinyo və Dieqo Maradona kimi ulduzlara məxsus olub. Hazırda forma Ansu Fatiyə aid olsa da, Yamalın onu 18 yaşını tamamladıqdan sonra - iyulun 13-də rəsmən alacağı gözlənilir.

İspaniyalı futbolçunun "Barselona" ilə yeni müqavilə imzalayacağı da bildirilir. Razılaşmaya görə, oyunçunun transferi üçün təyin olunacaq sərbəstqalma məbləği 1 milyard avro olacaq.

Qeyd edək ki, Yamal bu mövsüm bütün turnirlərdə 54 oyunda meydana çıxaraq 18 qol vurub və 25 məhsuldar ötürmə edib.

Fidan
Milli.Az