Türkiyənin məşhur aktyorları Murat Cemcir və Ahmet Kural bir müddətdir ki, işbirliklərini bitiriblər.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yaxın dostluqları ilə seçilən cütlüyün aralarındakı buzlar ərimir.
Hətta Murat Cemcir Ahmet Kuralın toyuna belə qatılmayıb. İddialara görə, buna səbəb Cemcirin yaxın çevrəsinə Ahmetdən "dost xəyanəti" gördüyü barədə sözləri olub.
Jurnalistlərin suallarını cavablayan Murat keçmiş dostu ilə yenidən birlikdə rol almasının mümkünlüyü barədə sözlərə reaksiyası maraq doğurub:
"Bir günlük qadın olsam, o zaman bəlkə".
Qeyd edək ki, aktyorlar ilk dəfə 2011-ci ildə çəkilmiş "Çalgı Çengi" filmində baş rolları oynayıblar. Daha sonra isə "İşler Güçler", "Kardeş Payı", "Düğün Dernek", "Çalgı Çengi İkimiz", "Ailecek Şaşkınız" və "Baba Parası" kimi ekran işlərində birgə rol alaraq pərəstişkarlarını sevindiriblər.
Hüseyn
Milli.Az