Tanınmış aktyora ağır İTKİ - FOTO

20 May 2025 13:18

Tanınmış aktyorlar Aslı və Saruhan Hünelin anası Şükran Hünel dünyasını dəyişib.

Milli.Az xəbər verir ki, bu barədə sosial mediada Aslı Hünel məlumat yayıb.

Cənazəsinin mayın 21-də Levent Barbaros Hayrettin Paşa məscidində, daha sonra isə Büyükçekmece Cəlaliyyə qəbiristanlığında dəfn ediləcəyini açıqlayıb.

Müğənni və aktrisa Aslı Hünel və aktyor qardaşı Saruhan Hünel dərin hüznlə sarsılıb. Səhhətindəki problemlərə görə bir müddət xəstəxanada müalicə alan Saruhan ailəsinin anası Şükran Hünelin dünyasını dəyişdiyi açıqlanıb.

Fidan
Milli.Az