"Putin mənə həyat yoldaşıma böyük hörmət bəslədiyini deyib".
Milli.Az xəbər verir ki, bunu rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığından sonra ABŞ prezidenti Donald Tramp deyib.
"Amerika xoşbəxtdir ki, belə fədakar və mərhəmətli birinci xanımı var. Sizə deyim: o, çox məqsədyönlüdür. Yeri gəlmişkən, Putin dedi ki, həyat yoldaşıma çox hörmət edirlər. Mən soruşdum: "Bəs mən?" Onlar mənə dedilər: "Yox, onlar Melaniyanı daha çox sevirlər", - deyə ABŞ prezidenti bildirib.
Qeyd edək ki, dünən ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putin arasında 2 saatdan çox davam edən telefon danışığı olub. Putin Trampla telefon danışığını məzmunlu, səmimi və çox faydalı adlandırıb.
Fidan
Milli.Az