Tanınmış jurnalist vəfat etdi - FOTO

20 May 2025 10:32

Tanınmış şair və jurnalist Mənsur Ələkbərov vəfat edib.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universiteti (ATU) məlumat yayıb.

Bildirilib ki, M. Ələkbərov "Təbib" qəzetinin məsul katibi olub.

ATU rəhbərliyi və kollektivi mərhumun ailəsinə dərin hüznlə başsağlığı verib.

Qeyd edək ki, Mənsur Ələkbərov 1997-ci ildən Azərbaycan Tibb Universitetinin mətbu orqanı olan "Təbib" qəzetində məsul katib işləyirdi.

Bu illər ərzində yüzlərlə ədəbi-publisistik məqalələri, bədii yazıları, şeirləri dövrü mətbuatda işıq üzü görüb, onlara kitaba redaktorluq edib.

Fidan
Milli.Az