Klopp özünə yeni iş yeri tapdı

20 May 2025 13:29

"Liverpul"un keçmiş baş məşqçisi Yurgen Klopp özünə yeni iş yeri tapıb.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssis "Roma"nı çalışdıracaq.

Almaniyalı futbol adamı "Canavar"ların sükanı arxasına keçəcək.

Bildirək ki, klub Seriya A-nın bitməsinə 1 tur qalmış 6-cı pillədə qərarlaşıb.

Xatırladaq ki, Yurgen Klopp 2015-2024 illər ərzində "Liverpul"un baş məşqçisi olub. O, İngiltərə nəhəngi ilə Premyer Liqa və Çempionlar Liqasının qalibi adını qazanıb.

Tural
Milli.Az