Mersinin Toroslar rayonunda yerləşən audio və video sistemləri istehsal edən fabrikdə yanğın baş verib.
Milli.Az türk mediasına istinadla xəbər verir ki, hadisə nəticəsində güclü alov və partlayış səsləri müşahidə olunub, yol nəqliyyatın hərəkəti üçün bağlanıb.
Yanğın Hüseyn Okan Merzeci məhəlləsində, Akbelen bulvarında yerləşən fabrikdə qeydə alınıb. Yanğının səbəbi hələlik məlum deyil. Hadisə yerinə təcili yardım, polis və bələdiyyəyə məxsus xilasetmə qrupları cəlb olunub.
Bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib.
Fidan
Milli.Az