Pensiyalar bu tarixdə TAM ÖDƏNİLƏCƏK

19 May 2025 16:59

Dövlət Sosial Müdafiə Fondu tərəfindən may ayının 23-də respublika üzrə bütün pensiya və təqaüdlərin ödənilməsi nəzərdə tutulub.

Bu barədə Milli.Az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Qeyd edək ki, mayın 7-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyalar ödənilib.

Milli.Az