Bakıda beynəlxalq moda həftəsinin ilk mövsümü – MBFW Azerbaijan uğurla başa çatdı! - FOTO

19 May 2025 16:37

MBFW Azerbaijan-ın ilk mövsümü Azərbaycanın paytaxtı Bakıda baş tutaraq, dəb, incəsənət və müasir texnologiyaları bir araya gətirən parlaq və zəngin tədbir oldu. Tədbirin təşkilatçıları Azərbaycan Moda Dizaynerləri Assosiasiyası və Led.az Events olub.

Tədbirə strateji tərəfdaş - Mercedes-Benz və Mercedes-Benz markasının Azərbaycandakı rəsmi distribyutoru - "Avtokapital-Azərbaycan" MMC şirkəti dəstək göstərib.

Nümayişlər Abşeron Avtomobil Mərkəzində keçirildi - bu müasir salon #MAR20x standartına cavab verir və Mercedes-Benz brendinin yeni konseptual yanaşmasını təcəssüm etdirir. Bu unikal format iştirakçılara və qonaqlara dəb kolleksiyaları və incəsənət instalyasiyaları ilə tanış olmaqla yanaşı, Mercedes-Benz brendinin innovativ ruhunu tədbirin mərkəzində hiss etməyə imkan verdi.

Tədbir 15-17 may tarixlərində keçirildi və beynəlxalq dizaynerlərin moda nümayişlərini, incəsənət instalyasiyalarını, təqdimatları və yaradıcılıq sənayesinin aktual tendensiyalarını əks etdirən nümayişləri əhatə etdi. Hər günə müəyyən bir bədii mövzu həsr olunmuşdu: renessans, pop-art və ekspressionizm. S Design agentliyinin dekoru və süni intellekt tərəfindən yaradılmış vizual proyeksiyalar bu istiqamətlərə immersiv atmosfer bəxş etdi. Həftənin ilk günü Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, istedadlı tenor Ateş

Qarayevin çıxışı ilə açıldı və tədbirin ümumi ovqatını müəyyənləşdirdi. İkinci gün Eurovision-2024 müsabiqəsində Azərbaycanı təmsil edən müğənni və bəstəkar Fahreenin çıxışı ilə yadda qaldı, bu isə tədbirə bayram abu-havası və rəngarənglik qatdı. Proqram çərçivəsində müxtəlif ölkələrdən olan dizaynerlərin kolleksiyaları nümayiş etdirildi:

Ziya Koçaturk (Türkiyə), T.Efremova & Irra (Belarus), Emilio Bonadio (İtaliya), Blikvanger &

Idividi (Gürcüstan), Vague (Gürcüstan, İsrail), Rox Nassenova (Qazaxıstan), Black Queen

(Belarus), Papilio by Alena Goretskaya (Belarus).

Tədbirin xüsusi hissəsi Azerbaijan Fashion&Art sərgisi oldu - burada yerli brendlərin kolleksiyaları təqdim edildi: Muse Me, The Tothu, Parcha Studio, Gaga Factory, Dova 24, Sultan Couture, Natavan Aliyeva, Sameera və Kaftan. Eyni zamanda, müasir Azərbaycan rəssamı Elnara Nəsirlinin incəsənət instalyasiyası da təqdim olundu.

Tədbir çərçivəsində həmçinin Nino Sepo və Narmeen Jewelry zinət əşyaları brendlərinin şourumları, eləcə də dizaynerlər Vira Plotnikova və Co.Lab tərəfindən hazırlanmış kolleksiya işlərinin sərgiləri təşkil edildi. Türk zinət evi Panghianın rahat şourumda təqdimatı və Adidas for Mercedes-Benz kolleksiyasının nümayişi tədbirin beynəlxalq statusunu və Mercedes-Benz brendinin mədəni dialoqun və innovativ təcrübələrin bir hissəsi olaraq mövqeyini vurğuladı. Hər günün sonunda DJ AKG tərəfindən təqdim olunan DJ set-ləri bayram əhval-ruhiyyəsi və dinamika əlavə etdi.

Tədbirin tərəfdaşları sırasında aparıcı şirkət və təşkilatlar yer aldı: Alman-Azərbaycan Ticarət Palatası, MyBrands, MAC, L'Oréal Professionnel, KSpace, Braun, Absheron Hotel Group, Turizm.az, Museum Furniture & Accessories, Johnnie Walker, A11 Logistics, Big Model Agency, Notes Gastronomy & Bar, Shur və Yacht Club Residence.

MBFW Azerbaijan, yaradıcı ideyaların nümayişi, yerli və beynəlxalq istedadların dəstəklənməsi üçün bir platformaya çevrildi və göstərdi ki, Azərbaycan müasir mədəni dialoq və innovativ eksperimentlərin mərkəzinə çevrilə bilər. Eyni zamanda, "Avtokapital-Azərbaycan" MMC şirkəti tərəfindən təmsil olunan Mercedes-Benz brendi ilə əməkdaşlığın əhəmiyyətini bir daha vurğuladı.

Milli.Az