Sirkdə FACİƏ: Gənc gimnast həlak oldu - FOTO

19 May 2025 16:24

22 yaşlı akrobat Viktoriya Balandina faciəvi şəkildə həyatını itirib.

Milli.Az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Magniqoqorsk şəhərində məşq zamanı baş verən faciəvi hadisə zamanı 22 yaşlı akrobat Viktoriya Balandina dünyasını dəyişib. 

Hadisə 17 may tarixində baş verib. Məlumata görə, Çelyabinskdən olan və idman akrobatikası üzrə namizəd olan Viktoriya "FOX" qadın akrobatik üçlüyünün üzvü olub. O, məşq zamanı sirkin məşhur "Ölüm çarxı" adlı attraksionunda ciddi xəsarət alaraq vəfat edib.

Attraksionun sirkin səhnəsində qurulmasının əsas məqsədinin onun fotoqrafiya yolu ilə sənədləşdirilməsi və Abxaziyaya qastrol səfəri üçün gömrük prosedurlarından keçirilməsi olduğu bildirilir.

Qeyd olunur ki, Viktoriya peşəkar sirk artisti olmayıb. Onun bu təhlükəli attraksiona necə çıxmasına və niyə məşqə buraxıldığına dair araşdırmalar aparılır.

Hadisə ilə bağlı rəsmi qurumlardan hələlik açıqlama verilməyib.

Fidan
Milli.Az