Əqli Mülkiyyət Agentliyinin mütəxəssisləri KOBİA-nın sahibkarlarla Lənkəranda keçirdiyi görüşdə iştirak ediblər - FOTO

19 May 2025 15:24

Mayın 16-da Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Lənkəranda "Sahibkarların dövlətin dəstək mexanizmləri barədə məlumatlandırılması" mövzusunda maarifləndirici görüş keçirib.

Milli.Az xəbər verir ki, bu barədə Əqli Mülkiyyət Agentliyi məlumat yayıb.

Bildirilib ki, tədbirdə sahibkarlar onları maraqlandıran bir sıra aktual məsələləri müzakirə edərək, dövlətin təqdim etdiyi dəstək mexanizmləri haqqında ətraflı məlumat əldə ediblər.

Lənkəran Şəhər İcra Hakimiyyəti, Azərbaycan Qida Təhlükəsizlik Agentliyi, Azərbaycan Dövlət Reklam Agentliyi, Dövlət Vergi Xidməti, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı iləkeçirilən tədbirdə Əqli Mülkiyyət Agentliyinin Hüquq, apellyasiya və sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı şöbəsinin müdir müavini - sektor müdiri Nailə Nəsibova və Agentliyin tabeliyində olan Patent və əmtəə nişanlarının ekspertizası mərkəzinin iddiaçıların əqli mülkiyyətə dair sorğuları üzrə iş sektorunun müdiri Lamiyə Haqverdiyeva Agentliyin fəaliyyət istiqamətləri, sahibkarlara göstərilən dəstək mexanizmləri və "Patentlərə, Əmtəə Nişanlarına Açıq Hədəf" (PƏNAH) rəqəmli informasiya sistemi, yeni infrastruktur layihələrindən biri kimi yaradılmış "Çağrı Mərkəzi" və Sənaye Mülkiyyəti Obyektlərinin Reyestri - ixtiralar, faydalı modellər, sənaye nümunələri, əmtəə nişanları və coğrafi göstəricilərə dair "Açıq reyestr"lər barədə ətraflı məlumat veriblər.

Tədbir iştirakçılarının əmtəə nişanlarının qeydiyyatı prosedurları, bu sahədə hüquqların qorunması və müdafiəsi ilə bağlı sualları Agentliyin mütəxəssisləri tərəfindən cavablandırılıb.

Milli.Az