Atatürkün nadir görüntüləri yayıldı - İlk dəfədir

19 May 2025 11:50

Atatürkün studiyada çəkilmiş nadir görüntüləri ilk dəfə yayımlanıb.

Milli.Az xəbər verir ki, Mustafa Kamal Atatürkün 1927-ci ildə İstanbulda fotoqraf studiyasında çəkilən seriya fotolarına aid görüntülər ilk dəfə üzə çıxıb.

22 yaşlı tələbə Ali Taner Tümer bu kadrları 1950-ci illərdə hazırlanmış sənədli filmdə aşkarlayıb. Onun sözlərinə görə Atatürkün 1 iyul 1927-ci ildə İstanbula səfəri zamanı həmin fotolar çəkilib və qısa film lentə alınmıb.

Tümer əlavə edib ki, bu görüntülərin daha uzun versiyası mövcud ola bilər və indiyə qədər doğru tarix və məlumatla paylaşılmayıb.

İsmayıl
Milli.Az