Miras əmlakın mühafizəsinin dayandırılması şərti dəyişir.
Milli.Az xəbər verir ki, bu, Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Notariat haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna əsasən, miras əmlakın mühafizə edilməsi miras qəbul edilənədək, miras qəbul olunmadıqda isə mirasın qəbulu üçün qanunvericiliklə müəyyən edilmiş müddətlər keçənədək davam edir.
Layihəyə əsasən, miras əmlakın mühafizə edilməsi vərəsəlik şəhadətnaməsi verilənədək davam edəcək.
Milli.Az