Bakıda yeni QAYDA: Qeydiyyatı olmayanlara qəbr yeri verilmir - FOTO

19 May 2025 11:07

Yeni Suraxanı qəbiristanlığında yerləşdirilən elan geniş müzakirələrə səbəb olub.

Milli.Az xəbər verir ki, elana əsasən, həmin ərazidə qeydiyyatda olmayan şəxslər orada dəfn edilə bilməz.

Dəfn yeri insanın son mənzili olsa da, görünür ki, bu yerdə ünvan qeydiyyatına bağlanıb.

Qeyd edək ki, bu qayda dini və hüquqi prinsiplərlə uyğun deyil. Dində və adətlərimizdə mərhumun dəfn yeri ilə bağlı belə bir ayrı-seçkilik yoxdur.

Asya
Milli.Az