Tramp bu gün Putinlə görüşəcək - Nələr müzakirə ediləcək?

19 May 2025 10:28

Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı bu gün Moskva vaxtı ilə saat 17:00-da (Bakı vaxtı ilə 18:00) baş tutacaq

Milli.az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri sosial şəbəkədə yazıb.

Kreml sözçüsü Dmitri Peskov da bu məlumatı təsdiqləyib.

O bildirib ki, liderlər Ukrayna böhranının həlli və ticarət məsələlərini müzakirə edəcəklər.

Qeyd olunub ki, Putinin mətbuat katibi Dmitri Peskov danışıq üçün hazırlıqların görüldüyünü bildirib.

Milli.Az