"Maydonoz Döner" şəbəkəsindən FETÖ-yə milyonlarla vəsaitin ötürüldüyü aşkarlanıb.
Milli.Az bildirir ki, bu barədə "Yeni Şaafak" nəşri məlumat yayıb.
Mali Suçları Araşdırma Kurulu (MASAK) Eskişehirdə "Maydonoz Döner" adlı dönər şəbəkəsinin altı filialından FETÖ-yə 7 milyon 618 min lirə (təxminən 422 min manat) pul köçürüldüyünü müəyyənləşdirib.
Yeni Şafak qəzetinin məlumatına görə, zəncirin ümumilikdə 937 şəbəsi olsa da, istintaq çərçivəsində diqqətə alınan 6 filialdan FETÖ-yə külli miqdarda pul ötürülüb. Yenibağlar filialından 3 milyon 200 min lirə (təxminən 177 min manat), Çamlıca filialından 2 milyon lirə (təxminən 111 min manat), Emek filialından 1 milyon 593 min lirə (təxminən 88 min manat), Vadişehir filialından 720 min lirə (təxminən 40 min manat), Büyükdere filialından 53 min lirə (təxminən 3 min manat) və Ulu Önder filialından 52 min lirə (təxminən 3 min manat) təşkilata yönləndirilib. Bundan əlavə, şübhəlilərin şəxsi hesablarından da 622 min lirə (təxminən 34 min manat) əlavə vəsaitin köçürüldüyü ortaya çıxıb.
Antalya Cumhuriyyət Baş Prokurorluğunun apardığı araşdırmada məlum olub ki, "Maydonoz Döner" FETÖ-nün hazırkı maliyyə şəbəkəsində istifadə edilir və franchise (ad hüququ) sistemi ilə təşkilata bağlı şəxslərə qeyri-rəsmi şərikliklər təqdim olunub. MASAK-ın hesabatına əsasən bu qeyri-rəsmi şəriklərin əldə etdiyi gəlirlər izlənmədən yayındırılmaq üçün FETÖ ilə əlaqəli əsnaflar - əsasən də qızıl alverçiləri vasitəsilə "əmanət" üsulu ilə təşkilata ötürülüb.
Şirkətin filiallarından əldə olunan gəlirin "himmət" adı altında FETÖ-yə köçürüldüyü və eyni zamanda xaricdə yeni şöbələr yaradaraq beynəlxalq pul ötürməsini asanlaşdırdığı da müəyyən edilib.
Qeyd edək ki, sözügedən restoranın Azərbaycanda da şöbəsi var.
İsmayıl
Milli.Az