Pezeşkian: "Qərb ölkələri iflic vəziyyətinə düşəcək"

18 May 2025 20:01

"Neft tədarükü kəsilərsə, Qərb ölkələri iflic vəziyyətinə düşəcək və bu halda Qərb özünə stabil tədarükləri təmin etmək üçün Yaxın Şərq dövlətlərini bir-biri ilə toqquşduracaq".

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

"Əgər enerji resursları Fars körfəzindən o biri tərəfə tədarük edilməsə, hamı (Qərb ölkələri - red.) iflic vəziyyətinə düşəcək, amma bizi bir-biri ilə vuruşmağa məcbur edəcəklər ki, enerji resurslarımızı istədikləri qiymətə asanlıqla ala bilsinlər" , - deyə o bildirib.

Milli.Az