Müğənni Xatirə İslam Gəncədə döyülərək öldürüldüyü iddia edilən 11-ci sinif şagirdi Elgün İbrahimov və İmişlidə cəsədi tapılan 16 yaşlı qızla bağlı paylaşım edib.
Milli.Az xəbər verir ki, sənətçi paylaşımına bunları əlavə edib:
"Bu nə deməkdir? Azərbaycanda belə hadisələr olmazdı axı. İnanınki nə deyəcəyimi bilmirəm".
Qeyd edək ki, mayın 12-si axşam saatlarında Gəncədə 18 yaşlı Elgün İbrahimov küçədə döyülərək tərk edilib və ertəsi gün aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib./axşam.az
Milli.Az