Nigeriyada bərə batdı - 37 nəfər öldü

18 May 2025 17:05

Nigeriyanın cənub-qərbində yerləşən Niger çayında bərənin batması nəticəsində azı 37 nəfər boğularaq həyatını itirib.

Trend-in məlumatına görə, bu barədə "Cable" portalı xəbər yayıb.

Faciə Kvara əyalətinin Qbaciqbo bölgəsində baş verib. İlkin məlumatlara əsasən, bərənin həddindən artıq yüklənməsi qəzaya səbəb olub.

Hazırda hadisə yerində axtarış-xilasetmə əməliyyatları davam etdirilir. Ölənlərin sayının artacağı istisna olunmur.

Milli.Az