Əminə Əliyeva dünya çempionu oldu - VİDEO

18 May 2025 16:11

Azərbaycan idmançısı Əminə Əliyeva İtaliyanın Peruca şəhərində keçirilən kunq-fu üzrə dünya çempionatında çempion olub.

Trend-in məlumatına görə, foto və videoları Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva öz İnstaqram səhifəsində paylaşıb.

11 yaşlı idmançı yüngül sanda növündə rəqibləri üzərində inamlı qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.