İtaliyadan Ukraynaya böyük tədarük - 400 zirehli transportyor

18 May 2025 15:19

İtaliya Ukraynaya yeni hərbi yardım paketi təqdim edəcək.

Milli.Az-ın "İl Giornale" nəşrinə istinadən verdiyi xəbərə görə, İtaliya Ukrayna üçün 11-ci hərbi yardım paketini hazırlayıb.

Yeni paket çərçivəsində Ukraynaya 400 ədəd M-113 tipli zirehli transportyor göndəriləcək.

Bundan əlavə, yardım kəşfiyyat əməliyyatlarının planlaşdırılmasında istifadə olunacaq peyk müşahidə sistemini də əhatə edir.

Milli.Az