Azərbaycanlı aktyor Mardində Bahtiyarı tapdı - FOTO

18 May 2025 12:41

Azərbaycanlı aktyor Elşən Orucov səfər məqsədilə Türkiyənin Mardin şəhərinə yollanıb.

Milli.Az xəbər verir ki, o, şəhərdəki gəzinti zamanı tanınmış türkiyəli aktyor Bahtiyar Engin ilə qarşılaşıb və bu görüşdən birgə foto da çəkdirib.

Elşən Orucov həmin görüntünü öz sosial media hesabında izləyiciləri ilə bölüşüb.

Qeyd edək ki, Bahtiyar Engin "Kuruluş Osman", "Eşkiya Dünyaya Hükümdar Olmaz" və "Çiçek Taksi" kimi məşhur seriallardakı rolları ilə tanınır.

Kənan
Milli.Az