Mingəçevirdə ağır qəza - Yaralılar var

17 May 2025 23:12

Mingəçevirdə ağır yol nəqliyyat hadisəsi baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə şəhərin giriş hissəsində, Alaqapı adlanan ərazidə olub.

Belə ki, 1992-ci il təvəllüdlü Pərviz Süleymanov idarə etdiyi "KİA" markalı avtomobillə hərəkətdə olarkən 1998-ci il təvəllüdlü Pərviz Quliyevə məxsus "Chevrolet" markalı maşınla toqquşub.

Nəticədə "KİA"da olan sərnişinlər Ucar rayon sakini 1960-cı il təvəllüdlü Svetlana Səmədova və 1968-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Şamba Süleymanova xəsarət alıb. Yaralılar Mingəçevir Şəhər Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az