"Komedixana"dan getmə səbəbini açıqladı

17 May 2025 19:07

Aktyor Cavidan Novruz "Komedixana"dan getməsi haqda sualları cavablandırıb. 

Milli.Az xəbər verir ki, sənətçi bildirib ki, oradan getməsinə səbəb pul olmayıb:

"Azərbaycanda ən çox qonorar "Komedixana"da verilir. Heç vaxt pul problemi olmur. Mənim teatrda işlərim çox olub. Məqsədim teatrda qalmaq idi".

Cavidan "Deyirlər, Ənvər Abbasovla dalaşmısan" sözlərinə "Ənvərlə mübahisəmiz olmuşdu, sonra yola getdik. Problem o, deyildi" reaksiyasını verib.(musavat.com)

Milli.Az