"Arsenal" onun üçün 75 milyon avro ödəyəcək - FOTO

17 May 2025 17:19

"Arsenal" klubu "Sportinq"in mərkəz hücumçusu Viktor Qyökereşin transferini bitirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ingilis klubu 26 yaşlı futbolçu ilə 8.3 milyon avro maaşla 4 və ya 5 illik müqavilə imzalayıb. "Sportinq"ə isə 75 milyon avro təzminat ödəniləcək.

Qeyd edək ki, isveçli hücumçu bu mövsüm bütün turnirlərdə 50 oyun keçirib, 52 qol vurub və 13 məhsuldar ötürmə edib.

Milli.Az