Mayın 14-də Rusiyanın Podolsk şəhərində adam oğurluğu hadisəsi baş verib.
Milli.Az xəbər verir ki, insident Bolşaya Serpuxovskaya küçəsindəki evlərin yaxınlığında qeydə alınıb.
Məlumata görə, üç nəfər 34 yaşlı Vladimir adlı şəxsi zorla "Hyundai Solaris" markalı avtomobilə mindirib, qollarını qandallayıb və ona fiziki zor tətbiq ediblər. Hücum edənlər Vladimirin başına bir neçə zərbə vuraraq, onu girov saxlayıblar.
İlkin ehtimallara əsasən, bu hadisə beş milyon rubl məbləğində pulun qəsb edilməsi ilə əlaqəlidir. Lakin maşın hərəkətdə olarkən Vladimir fürsətdən istifadə edərək avtomobilin qapısını açıb və yola atılıb. Elə həmin an yaxınlıqdan keçən polis maşını vəziyyətə dərhal müdaxilə edərək şübhəliləri saxlayıb.
Məlumata görə, cinayətkarların iki Azərbaycan vətəndaşı (aşpaz və kuryer) və Rusiya vətəndaşı olan sahibkar olduğu üzə çıxıb. Onlara qarşı adam oğurluğu maddəsi ilə iş açılıb. Təqsirləndirilən şəxsləri 12 ilə qədər həbs gözləyir.
Hazırda istintaq davam edir.
Fidan
Milli.Az