Orqanlarını internetdə satmaq istəyən şəxs saxlanıldı

17 May 2025 20:25

Qazaxıstanın Aktobe vilayətində daxili orqanlarını internetdə 15 milyon tengəyə (təxminən 29,5 min dollar) satmaq istəyən şəxs hüquq-mühafizə orqanları tərəfindən müəyyən edilərək saxlanılıb.

Milli.Az xəbər verir ki, həmin şəxs Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin apardığı onlayn monitorinq zamanı aşkarlanıb.

Faktla bağlı "insan orqanlarının qanunsuz alqı-satqısı" maddəsi üzrə cinayət işi açılıb. Bu əməlin cəzası beş ilə qədər azadlıqdan məhrumetmə ola bilər.

Asya
Milli.Az