1 milyon fələstinli Liviyaya köçürüləcək

17 May 2025 12:33

ABŞ Prezidenti Donald Trampın administrasiyası Qəzza zolağından 1 milyon fələstinlinin Liviyaya köçürülməsi planını hazırlayır.

Milli.Az xəbər verir ki, bildirilib ki, Vaşinqton bunun qarşılığında Liviyaya daha əvvəl dondurulmuş aktivlərin aktivləşdirilməsini təklif etməyə hazırdır.

Lakin bu təşəbbüsün həyata keçirilməsində ciddi çətinliklərin ola biləcəyi ehtimal olunur və hələ yekun qərar verilməyib. Əsas suallardan biri, nə qədər fələstinlinin könüllü olaraq Liviyaya getməyə razı olacağıdır.

Hazırda fələstinlilərin Liviyanın hansı bölgələrində yerləşdiriləcəyi və köçün necə həyata keçiriləcəyi dəqiq müəyyən edilməyib. Bundan əlavə, artıq qeyri-sabit vəziyyətdə olan Liviyaya əlavə bir milyon insanın köçürülməsi ölkədə vəziyyəti daha da gərginləşdirə bilər.

Fidan
Milli.Az