İmamoğlunun həbs müddəti uzadıldı

17 May 2025 00:26

İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Ekrem İmamoğlunun da daxil olduğu ümumilikdə 31 şübhəli barəsində aparılan "maliyyə cinayətləri" ilə bağlı istintaqda mühüm irəliləyiş yaşanıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Sülh Cinayət Hakimliyi, şübhəlilərlə bağlı aylıq həbs vəziyyətinə dair yoxlamasını tamamlayaraq həbsin davam etməsinə qərar verib.

Xatırladaq ki, 2025-ci il 23 mart tarixində "tenderə müdaxilə", "mənimsəmə" və "ictimai vəsaitlərin qanunsuz istifadəsi" kimi ittihamlarla saxlanılan və sonradan həbs olunan Ekrem İmamoğlu, Daxili İşlər Nazirliyi tərəfindən vəzifəsindən uzaqlaşdırılmışdı.

Eyni istintaq çərçivəsində İBB-yə bağlı Medya A.Ş. şirkətinin İdarə Heyətinin sədri Murat Ongun, CHP İstanbul vilayətinin sabiq sədri Canan Kaftancıoğluna yaxınlığı ilə tanınan Fatih Keleş, Serdar Haydanlı, Buğra Gökçə və Ali Nuhoğlu da daxil olmaqla bir çox bələdiyyə rəhbəri və məsləhətçisi də istintaq altındadır.

Lalə Qüdrətova
Milli.Az